iMotors yeni lüks brend üçün Satış təmsilçisi/Aparıcı satış təmsilçisi axtarır.
Peşəkarlığın, yüksək xidmət standartlarının və avtomobil tutqusunun bir araya gəldiyi komandamıza qoşulun.
Namizədə olan tələblər:
Ali təhsil;
Avtomobil satışı sahəsində minimum 3-5 il iş təcrübəsi;
Avtomobil bazarı, modellər, texniki göstəricilər və əsas avtomobil sistemləri haqqında məlumat;
Satış prosesinin bütün mərhələləri üzrə bilik;
CRM sistemləri ilə işləmək bacarığı;
Sürücülük vəsiqəsi;
Azərbaycan dili biliyi səlis, rus və ya ingilis dili biliyi əla səviyyədə;
MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin avtomobil modellərinin satışını həyata keçirmək və aylıq satış planını yerinə yetirmək;
Showroom-a daxil olan və onlayn kanallardan gələn müştərilərlə operativ əlaqə saxlamaq;
Müştərinin ehtiyaclarını, büdcəsini və seçim kriteriyalarını müəyyən etmək;
Müştəriyə uyğun avtomobil modeli, komplektasiya və maliyyələşdirmə variantlarını təqdim etmək;
Avtomobilin texniki və funksional üstünlüklərini peşəkar şəkildə təqdim etmək;
Test-drive prosesini təşkil etmək və avtomobilin əsas üstünlüklərini praktiki şəkildə nümayiş etdirmək;
Potensial müştərilərlə mütəmadi follow-up həyata keçirmək;
Köhnə və mövcud müştərilərlə əlaqələri qorumaq və əlavə satış imkanlarını müəyyən etmək;
Yeni müştərilərin cəlb edilməsi üçün aktiv satış fəaliyyətləri həyata keçirmək;
Korporativ və fərdi müştərilərlə satış görüşləri keçirmək;
Müştərilərə kredit, lizinq, sığorta, servis və digər əlavə xidmətlər haqqında məlumat vermək;
Avtomobilin təhvil verilməsi prosesində iştirak etmək və müştəriyə avtomobilin əsas funksiyalarını izah etmək;
Müştəri məmnuniyyətini izləmək və yaranan problemlərin həllində iştirak etmək;
Bazar, rəqib modellər və qiymət dəyişiklikləri haqqında məlumat toplamaq;
Rəhbərliyə satış nəticələri və bazar tendensiyaları barədə məlumat vermək.
İş şərtlərimiz:
İş yeri: Üzeyir Hacıbəyli küç 157C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış təmsilçisi/Aparıcı satış təmsilçisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri