
Komandamıza Öyrənmə və inkişaf üzrə aparıcı mütəxəssis axtarırıq!
Vəzifə öhdəlikləri:
Cəmiyyət üzrə illik təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlim planlarının hazırlanmasında iştirak etmək;
Təlimlərin planlaşdırılması, təşkili və icrasını koordinasiya etmək;
Təlim proqramlarının və inkişaf layihələrinin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Təlimlərin nəticələrinin və effektivliyinin qiymətləndirilməsini təşkil etmək və müvafiq hesabatları hazırlamaq;
Təlim göstəricilərinin, iştirakçı məlumatlarının və nəticələrin sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
Daxili və xarici təlim təminatçıları, təlimçilər və tərəfdaşlarla işgüzar əlaqələrin koordinasiyasında iştirak etmək;
Təlim və inkişaf üzrə hesabatların, təqdimatların və digər analitik materialların hazırlanmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
Müvafiq sahə üzrə ali təhsil (minimum bakalavr dərəcəsi);
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
MS Office ilə sərbəst işləmə bacarığı;
İnsan resursları sahəsində sertifikat.
Biz nə təklif edirik?
Həftədə 5 iş günü (Şənbə və Bazar istirahət)
Peşəkar inkişaf perspektivi
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Vakansiya Bakı şəhəri üzrə nəzərdə tutulmuşdur.
Müraciət üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 12 oktyabr 2026-cı il