
Vəzifə öhdəlikləri
Direktorun gündəlik iş qrafikinin, görüş və iclaslarının planlaşdırılması və koordinasiyası;
Direktor tərəfindən verilən tapşırıqların aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
Görüşlərin, iclasların və işgüzar görüşlərin təşkil edilməsi;
Direktorun daxili və xarici işgüzar yazışmalarının aparılması;
Rəsmi məktubların, hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
Daxil olan sənədlərin və məlumatların qəbul edilməsi, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Direktorun işgüzar səfərlərinin və səfərlərlə bağlı təşkilati məsələlərin koordinasiyası;
Şirkət daxilində struktur bölmələri ilə operativ kommunikasiya və koordinasiyanın təmin edilməsi;
Görüşlərə gələn tərəfdaşların və qonaqların qarşılanmasının təşkili;
Direktor üçün zəruri məlumatların müxtəlif mənbələrdən toplanması və ümumiləşdirilməsi;
Tapşırıqların icra vəziyyəti barədə məlumatların hazırlanması və təqdim edilməsi;
Sənədlərin və məlumatların məxfiliyinin qorunmasının təmin edilməsi;
Direktorun verdiyi digər təşkilati və inzibati tapşırıqların icrası.
Namizədə tələblər
Ali təhsil;
Direktor assistenti, Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə iş təcrübəsi;
Türk dilində sərbəst danışa və işgüzar yazışmalar apara bilmək;
MS Office proqramları, xüsusilə Word, Excel və PowerPoint ilə sərbəst işləyə bilmək;
İşgüzar yazışmaları düzgün və peşəkar formada hazırlaya bilmək;
Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
Yüksək kommunikasiya və təqdimetmə bacarığı;
Operativ, məsuliyyətli və detallara diqqətli olmaq;
Məxfi məlumatlarla düzgün və məsuliyyətli şəkildə işləyə bilmək;
Nəzakətli, səliqəli və peşəkar görünüşə sahib olmaq.
İş şərtləri
Əmək haqqı: 800 AZN NET
İş qrafiki: 6 günlük iş həftəsi
İş saatları: 08:30–17:30
Nahar: Şirkət tərəfindən təmin olunur
İş yeri: Ziya Bünyadov prospekti 20/61, Bakı
Maraqlanan namizədlər öz CV-lərini email adresinə [email protected] göndərə bilərlər.
Əlaqə: +994 10 243 79 41