
Vəzifə haqqında:
Sosial media platformalarında brendin tanıtımını və auditoriya ilə aktiv ünsiyyətini təmin edəcək, yaradıcı və dinamik SMM mütəxəssisi axtarırıq
Əsas vəzifələr:
Şirkətin sosial media hesablarının, xüsusilə Instagram və TikTok platformalarının idarə edilməsi;
Sosial media üçün video və foto kontentlərin ideyalaşdırılması, hazırlanması və çəkilişinin həyata keçirilməsi;
TikTok və Instagram üçün Reels, Stories və qısa formatlı videoların hazırlanması;
Video çəkilişlərinin təşkil edilməsi, kadrların düzgün qurulması və çəkiliş prosesinin idarə olunması;
Çəkilmiş videoların montajı, musiqi, keçid, mətn və digər vizual elementlərin əlavə edilməsi;
TikTok-da müntəzəm canlı yayımların (LIVE) keçirilməsi və idarə olunması;
Canlı yayımlar zamanı auditoriya ilə ünsiyyətin qurulması və izləyicilərin aktivliyinin artırılması;
Sosial media üçün kreativ ideyaların hazırlanması və kontent planının formalaşdırılması;
Aktual trendlərin, viral formatların və sosial media yeniliklərinin izlənilməsi və kontentə tətbiq edilməsi;
Paylaşımların mətnlərinin (caption) hazırlanması və uyğun hashtaglardan istifadə;
Sosial media statistikalarının və auditoriya reaksiyalarının təhlili;
Kontentin baxış, engagement və izləyici artımı göstəricilərinin izlənilməsi;
Sosial media hesablarının inkişafı və brendin rəqəmsal görünürlüğünün artırılması.
Tələblər:
SMM və ya sosial media kontentinin hazırlanması sahəsində iş təcrübəsi;
TikTok və Instagram platformalarını yaxşı bilmək;
Video çəkilişi və qısa formatlı video kontent hazırlamaq bacarığı;
TikTok LIVE formatında canlı yayımların keçirilməsi üzrə təcrübə;
Video montaj proqramlarından istifadə bacarığı (CapCut, VN, Adobe Premiere Pro və ya analoji proqramlar);
Kreativ düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı;
Kamera qarşısında rahat və sərbəst ünsiyyət qurmaq bacarığı;
Trend və viral kontentləri operativ şəkildə izləmək və tətbiq etmək bacarığı;
Azərbaycan dilində səlis nitq və düzgün yazı bacarığı;
Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq.
İş qrafiki: 6 günluk
İş yeri: Babək plaza
Əmək haqqı: 600 azn
Müraciət: Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “SMM” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq