
Vəzifə öhdəlikləri:
Mexaniki sistemlərin quraşdırılmasının layihəyə və texniki tələblərə uyğunluğuna nəzarət
Sahədə görülən işlərin keyfiyyətinin və gedişatının yoxlanılması
Layihə, çertyoj və smeta sənədlərinin hazırlanması və yoxlanması
İş həcmlərinin hesablanması, Forma 2 və qəbul aktlarının tərtibi
Podratçılar, təchizatçılar və sifarişçi ilə texniki əlaqələrin təşkili
Material və avadanlıqların keyfiyyətinə və təhlükəsizlik qaydalarına nəzarət
İş qrafikinin MS Project-də planlaşdırılması, icra gedişatının izlənməsi və rəhbərliyə hesabat verilməsi
Namizədə tələblər
Yaş aralığı: 30+
Namizədin cinsi: kişi və qadın
Təhsil: Ali bakalavr
Təhsil haqqında digər qeyd: Mexanika mühəndisliyi üzrə ali təhsil
İş təcrübəsi: 5 il və daha çox
Boru kəmərləri, su təchizatı, kanalizasiya, drenaj sistemləri və nasos stansiyaları üzrə ən azı 3 il iş təcrübəsi
Tikinti sahəsində mexaniki sistemlərin quraşdırılması və tətbiqi işlərində birbaşa praktiki təcrübə
Dil bilikləri: İngilis dilini səlis bilmək
Kompyuter bilikləri: AutoCAD, MS Project və MS Office proqramlarında işləmək bacarığı
İş şəraiti və əlavə imkanlar: Peşəkar inkişaf: Təcrübəli mühəndis komandasında çalışmaq, mürəkkəb texniki məsələlərin həllində məsuliyyət daşımaq və karyera imkanları
Rəqabətli əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilən
İş Şərtləri
Həftənin iş günləri: 6 günlük
İş saatı: 09:00 - 18:00 (şənbə günü 09:00 - 14:00).
Əlavə imkanlar və üstünlüklər: Tibbi sığorta, korporativ mobil nömrə ilə təminat
Ünvan: Bakı şəhəri
Müraciət üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] ünvanına və ya 050 213 07 77 vatsap nömrəsinə göndərməyiniz xahiş olunur.