
Vəzifə öhdəlikləri:
Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq;
Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq;
Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək;
Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək.
Tələblər:
Yaş həddi: 19-25 kişi namizəd
Logistika və Nəqliyyat mühəndisliyi əlaqəli sahələr üzrə işləmək istəyən tələbələr;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
MS Excel/Word proqramından istifadə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək.
İş şəraiti: Ofis.
İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi.
İş vaxtı: Yarım ştat 6 günlük iş rejimi, iş saatı 18:00-22:00; (axşam növbəsi)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.