
İş şəraiti
İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B
6 günlük iş həftəsi
Nahar fasiləsi: 13:00-14:00,
Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq;
Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək;
Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək;
İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək;
Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
Elektrik quraşdırma işlərini icra etmək;
Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə),
Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması,
Avtomatik idarəetmə sistemlərini bilməli,
Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
Namizədin şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyyəti;
Ezamiyyə imkanları;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşması;
Fəal olması və komandada işləmək bacarığı.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Elektrik” qeyd etməklə, [email protected] elektron ünvanına və ya 010 256 44 07 whatsapp nömrəsinə göndərə bilərlər.