Namizədə olan tələblər
Yanğın siqnalizasiya sistemləri, zəif axın sistemləri və ya müvafiq texniki sahədə təcrübə;
Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin iş prinsiplərini bilmək;
Sistemlərin quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və texniki xidmətində iştirak bacarığı;
Texniki sxemləri və layihə sənədlərini oxumaq bacarığı;
Nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq bacarığı;
Texniki sənədləşmə aparmaq və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Ünvanlı və adi yanğın siqnalizasiya sistemlərinin quraşdırılması və sazlanmasında iştirak;
Yanğın siqnalizasiya avadanlıqlarının yoxlanılması, sınaqdan keçirilməsi və texniki xidmətinin həyata keçirilməsi;
Sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
Layihə və texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək;
Sifarişçi və layihə komandası ilə texniki məsələlərin əlaqələndirilməsi.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş rejimi: tam ştat;
Əməkhaqqı: 1 500–2 000 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri və sənədləşmə;
Peşəkar və öyrədici iş mühiti;
Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.