
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi “Xankəndi Kampusu” üçün gözətçi vakansiyası elan edir: Gözətçi
Məkan: Xankəndi şəhəri
İş qrafiki: Növbəli iş qrafiki
Tələblər:
Ali təhsil və ya orta təhsilə malik olmaq
Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 22-30 aralığında olması
Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsinə malik olmaq
Azərbaycan dilini yaxşı səviyyədə bilmək.
Şagirdlər, valideynlər və məktəb heyəti ilə effektiv ünsiyyət qurma bacarığna malik olmaq
Öhdəliklər:
Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.
Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.
Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.
İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.
Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.
Digər gözətçilik vəzifələrini yerinə yetirilmək.
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, [email protected] elektron poçt ünvanına CV formalarını “ Gözətçi” başlığı ilə göndərsinlər.