
Vəzifə Öhdəlikləri:
Müəyyən olunmuş marşrut (rut) planı üzrə satış nöqtələrini müntəzəm ziyarət etmək, müəyyən edilmiş satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək, ərazidə yeni satış nöqtələri cəlb edərək müştəri şəbəkəsini genişləndirmək;
Şirkət məhsullarını və yeni çeşidləri (SKU) peşəkar şəkildə təqdim etmək; təhvil verilmiş stend, soyuducu və digər ticari avadanlıqların təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət etmək;
Satış nöqtələrində məhsulların rəf düzülüşünə (FIFO qaydalarına və şirkət standartlarına), məhsulun görünürlüyünə və rəf payına nəzarət etmək;
Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini və debitor borcların (qalıq öhdəliklərin) vaxtında yığılmasını izləmək; müştəridəki stok həcmini optimal səviyyədə idarə etmək.
Əsas tələblər:
Təcrübə: FMCG sahəsində satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
Dil bilikləri: Azərbaycan dili – səlis
Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə)
Fərdi keyfiyyətlər:
Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
Günün/həftənin planlaşdırılması və problemləri çevik həlletmə qabiliyyəti;
Komandada işləmək, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
Əlaqə: Korporativ nömrə və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Pərakəndə üzrə satış təmsilçisi” yazmaqla https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur.
Vatsap: 0999003589
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.