
Tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Kassa ilə işləmə bacarığı,
1C Pərakəndə və 1C Mühasibatlıq proqramlarında səlis işləmə bacarığı
Sərbəst komputer istifadəçisi və MS ofis proqramları üzrə sərbəst işləmə bacarığı
Elektron qaimə-fakturalar ilə işləmə bacarığı
“Online Banking”, bank əməliyyatları və ödəniş sənədləri ilə işləmə bacarığı
Yaxşı ünsiyyət baçarıqları, analitik düşünmə, dəqiqlik, detallara qarşı diqqətli olmaq
Dil bilikləri – Azərbaycan (sərbəst) və Rus (sərbəst) dili bilikləri mütləqdir
Müvafiq sahədə iş təcrübəsi olan xanım namizədlərə üstünlük verilir
Güləriz, müştərilərə qarşı mülayim olmaq
Yaş: 21 - 35
Öhdəliklər:
Qəbul edilən pul vəsaitlərinin uçotu (1C proqramında və şirkət daxili qaydalara uyğun qeydiyyat)
“Online Banking” üzrə hesab çıxarışlarının 1C proqramında daxil edilməsi
İş gününün sonunda satış üzrə kassanın bağlanması və pul vəsaiti üzrə hesabatı təqdim edilməsi
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Rəflərdə yenilənən malların 1C Pərakəndə proqramına yüklənməsinə nəzarət.
İş şəraiti:
Pozitiv və dəstəkliyici iş mühiti.
İş qrafiki: 5 günlük iş rejimi , saat 10:00-19:00.
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Əmək haqqı: 3 aylıq sınaq müddəti ərzində 1100 Azn net. Sınaq müddəti müsbət yekunlaşdıqda net olaraq əmək haqqının artımı olacaq.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.