
Sənədləşmə üzrə Koordinator
Ünvan: Süleyman Rəhimov küçəsi 184, Bakı, Azərbaycan
İş şərtləri
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
Əməkhaqqı: 600 AZN NET (xalis).
Rəsmi əmək müqaviləsi: İşə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir. İlkin olaraq 1 aylıq əmək müqaviləsi bağlanılır. İlk ay uğurla tamamlandıqdan sonra 3 aylıq əmək müqaviləsi bağlanılır. Bu müddət uğurla başa çatdıqdan sonra əmək müqaviləsi əlavə 3 ay müddətinə uzadılır. Qeyd olunan müddətin sonunda əməkhaqqına işçinin fəaliyyət nəticələri və mövcud əmək bazarı standartları nəzərə alınmaqla yenidən baxılacaq.
Əsas vəzifə öhdəlikləri
Şirkətdaxili sənəd dövriyyəsinə nəzarət və sənədlərin idarə olunması.
Müştərilər və beynəlxalq agentlərlə yazışmalar üçün tələb olunan sənədlərin hazırlanması.
Sənədlərin aidiyyəti tərəflərə göndərilməsi və vaxtında geri qaytarılmasına nəzarət edilməsi.
Sənədlərin şirkətin ortaq elektron yaddaş sistemində (Shared Drive) düzgün qaydada yerləşdirilməsi, sistemləşdirilməsi və saxlanılmasının təmin edilməsi.
Müştərilər və agentlərlə bağlanılacaq müqavilələrin hazırlanması, göndərilməsi və imzalanmış nüsxələrinin əldə edilməsi.
Rəsmi məktubların, müqavilələrin və şirkətdaxili sənədlərin hazırlanması və işlənməsi.
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması.
Namizədə tələblər
İş təcrübəsi: Tələb olunmur.
Microsoft Office proqramlarından (Word, Excel, Outlook) yaxşı istifadə bacarığı.
İngilis və rus dillərində orta və ya yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Yeni bilikləri tez mənimsəmək qabiliyyəti.
Detallara diqqətli yanaşma, məsuliyyətlilik və yaxşı ünsiyyət bacarıqları.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Document Control Coordinator
Address: 184 Suleyman Rahimov St., Baku, Azerbaijan
Employment Terms
Working Schedule: Monday–Friday, 09:00–18:00.
Salary: 600 AZN NET.
Official Registration of work. Initially, a 1-month employment contract will be signed with CharterBay Shipping LLC. Upon successful completion of the first month, a 3-month employment contract will be signed. Upon successful completion of this period, the contract will be extended for an additional 3 months. At the end of this period, the salary will be reviewed based on performance and current market standards.
Main Responsibilities
Control and management of document flow.
Preparation of documents for communication with clients and agents.
Sending documents and monitoring their timely return.
Maintaining and ensuring the proper storage of documents on the Shared Drive.
Preparing, sending, and obtaining signed contracts from clients and agents.
Preparing and processing official letters, contracts, and internal documentation.
Registration of incoming and outgoing documentation.
Candidate Requirements
No previous work experience required.
Comfortable working in a pet-friendly office environment.
Good command of Microsoft Office (Word, Excel, Outlook).
Intermediate to advanced proficiency in English and Russian (both written and spoken).
Fast learner with strong attention to detail and good communication skills.
Interested candidates can send their CV to the e-mail address in the [email protected].