
PJA MMC vakansiya elan edir!
Restoranlarımızın ərazilərində gül, bitki və yaşıllıqlara nəzarət edəcək Bağban axtarırıq.
Əsas vəzifələr:
Restoranların ərazilərində gül, ot, ağac və digər yaşıllıqlara nəzarət etmək;
Bitkilərin suvarılması və qulluq işlərini həyata keçirmək;
Qurumuş və ya zədələnmiş bitkiləri müəyyən etmək;
Yaşıllıq sahələrinin səliqəli və baxımlı saxlanılmasını təmin etmək;
Zəruri hallarda budama, əkin və digər bağçılıq işlərini həyata keçirmək;
Restoranların yaşıllıq sahələrinə mütəmadi baxış keçirmək.
Namizədə tələblər:
Bağban sahəsində minimum 1 il iş təcrübəsi;
Gül və bitkilərə qulluq üzrə biliklər;
Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
Fiziki işlərə uyğunluq;
Şəxsi avtomobilinin olması üstünlükdür.
İş şərtləri:
Əmək haqqı: Razılaşma yolu ilə
İş yeri: Bakı
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Bağban” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər və ya 0554444795 nömrəsi ilə əlaqə saxlasin.