
İş şəraiti
İş yeri: Bakı şəhəri, Binəqədi ərazisi
Vakansiya növü: Tam ştat
İş rejimi: Həftədə 6 iş günü, 1 istirahət günü
Vəzifə öhdəlikləri
Mağazaya daxil olan malların sayının və müşayiətedici sənədlərinin yoxlanılması, giriş əməliyyatlarının uçot sistemində işlənməsi;
Satışa verilən və mağazadan çıxan malların siyahılarının hazırlanması, satış və çıxış əməliyyatlarının uçot sistemində rəsmiləşdirilməsi;
Təhvil veriləcək malların siyahı ilə tutuşdurulması, təkrar yoxlanılması və təhvil-təslim aktı əsasında təhvil verilməsi;
Mövcud və yeni daxil olan malların satış qiymətlərinin təsdiqlənmiş qaydalara əsasən hesablanması, qiymət məlumatlarının və etiketlərinin hazırlanması;
Malların qiyməti və uçot məlumatları ilə bağlı satıcılara dəstək göstərilməsi;
Mal qalıqlarının yoxlanılmasında və inventarizasiyada iştirak, aşkar olunan uyğunsuzluqların rəhbərliyə bildirilməsi.
Namizədə tələblər
Mal uçotu və ya əməliyyatçı mühasib işi üzrə təcrübə;
Malların giriş və çıxış sənədləri, satış siyahıları və təhvil-təslim aktları ilə işləmək bacarığı;
1C proqramında mal uçotu, giriş, çıxış və satış əməliyyatlarını aparmaq, Excel ilə işləmək bacarığı;
Satış qiymətlərini hesablamaq və qiymət məlumatlarını dəqiq işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
Sənədləri və rəqəmləri dəqiq yoxlamaq, tapşırıqları vaxtında yerinə yetirmək;
Satıcılar və digər əməkdaşlarla aydın ünsiyyət qurmaq və komanda ilə işləmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Mal uçotu üzrə əməliyyatçı mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.