
“Polymart” MMC gənc və inkişaf etməyə həvəsli namizədlər üçün 3 aylıq təcrübə proqramı elan edir.
Proqram satış, layihə, təchizat və maliyyə şöbələrini əhatə edir.
Təcrübə müddətində iştirakçılar müvafiq şöbələrin iş prosesi ilə tanış olacaq, praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Təcrübə proqramının sonunda iştirakçılar imtahanda iştirak edəcəklər. Təcrübə müddətindəki fəaliyyətləri və imtahan nəticələri əsasında şirkətin tələblərinə uyğun olan namizədlər işə qəbul ediləcəklər. Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Vəzifə öhdəlikləri:
Hər bir şöbəyə uyğun tapşırıqların yerinə yetirilməsi;
Tapşırıqların icrası zamanı peşəkar əməkdaşlar tərəfindən verilən izah və təlimatlara uyğun hərəkət edilməsi;
Müvafiq şöbələrin iş prosesində iştirak edilməsi və praktiki biliklərin mənimsənilməsi.
Tələblərimiz:
Ali və ya orta təhsil; sonuncu kursda təhsil alan və qiyabi təhsil alan namizədlərə üstünlük verilir;
Güclü ünsiyyət bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
Komanda ilə işləmək və iş mühitinə uyğunlaşmaq bacarığı;
Xarici dil bilikləri üstünlük hesab olunur;
Yaş: 20–28;
Cins: bəy və xanım namizədlər.
İş şəraiti və təkliflərimiz:
3 aylıq təcrübə proqramı;
Satış, layihə, təchizat və maliyyə şöbələrində praktiki təcrübə əldə etmək imkanı;
Peşəkar əməkdaşların dəstəyi ilə iş proseslərini öyrənmək imkanı;
Təcrübə proqramının sonunda imtahan və uğurlu namizədlər üçün işə qəbul imkanı;
Proqramı uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunması;
İşə qəbul edilən namizədlərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsinin bağlanması;
İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik, innovativ və peşəkar iş mühitində çalışma imkanı.
Müraciət üçün:
Proqramda iştirak etmək istəyən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə göndərə bilərlər.
Həmçinin aşağıdakı link vasitəsilə müraciət edə bilərsiniz: https://polymart.az/karyera/
Ünvan: Bakı, Əhməd Rəcəbli küç. 1, TİVİ Plaza,