
İş şəraiti:
6 günlük iş həftəsi
Nahar şirkət tərəfindən təmin edilir
Nahar fasiləsi: 13:00 – 14:00
Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Əmək haqqı: 600 manat + bonus.
Əsas vəzifələr
Müştərilərə şirkətin məhsulları, xidmətləri, mövcud kampaniyaları və qiymətləri barədə tam və dəqiq məlumat vermək.
Geyimlərin parça tərkibi, rəng seçimləri, model xüsusiyyətləri və ölçüləri barədə müştəriləri düzgün məlumatlandırmaq.
Ehtiyac olduqda müştəri bazası əsasında aktiv zənglər həyata keçirmək, xidmət keyfiyyətini qiymətləndirmək və satış prosesinə dəstək göstərmək.
Operator səlahiyyətləri daxilində həll edilə bilməyən müraciət və şikayətləri müvafiq şöbələrə və ya rəhbərliyə yönləndirmək.
Sifarişlərin anbardar və kuryer xidmətinə düzgün ötürülməsini təmin etmək, çatdırılma statusunu izləmək və müştərini məlumatlandırmaq.
Ölçüsü uyğun gəlməyən və ya qüsurlu olan geyimlərin şirkət qaydalarına əsasən geri qaytarılması və ya dəyişdirilməsi prosesini idarə etmək.
Gecikən çatdırılmalar və ya yanlış məhsul göndərişi ilə bağlı şikayətləri sakit şəkildə dinləmək və operativ həll etmək.
Namizədə tələblər
Xanım namizəd;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində mükəmməl və səlis danışıq bacarığı;
Güclü ünsiyyət bacarığı, telefon etiketi və stressə davamlılıq;
Komputer bilikləri, Word və Excel proqramları ilə işləmək bacarığı;
Geyim sektoru üzrə baza bilikləri və ya satış/müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür;
Məsuliyyətli, operativ və təşəbbüskar olmaq.
Bu vəzifəyə müraciət etmək üçün uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. CV göndərən zaman vəzifənin adını “Çağrı mərkəzi operatoru" mövzu bölməsində göstərməniz xahiş olunur.
Qeyd: Yalnız vakansiyada qeyd olunmuş tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Uyğun olmayan müraciətlərə geri dönüş təmin olunmaya bilər.