Vəzifə öhdəlikləri:
Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı nasos qurğularının idarə olunmasını təmin etmək;
Nasos avadanlıqlarının işə salınması, istismarı və dayandırılması proseslərini həyata keçirmək;
Nasosların təzyiq, sərfiyyat və digər texniki göstəricilərinə nəzarət etmək;
Quyuya maye vurulması, dövriyyə, yuyulma və təzyiqə nəzarət əməliyyatlarında iştirak etmək;
Nasos qurğularının texniki vəziyyətini yoxlamaq, nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək;
Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək və texniki xidmət işlərində iştirak etmək;
Nasos əməliyyatları üzrə müvafiq qeydləri aparmaq və hesabatlar hazırlamaq;
Əməliyyatlar zamanı SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Namizədə tələblər:
Orta ixtisas və ya müvafiq texniki-peşə təhsili;
Neft-qaz sahəsində nasos qurğularının operatoru kimi minimum 3 il iş təcrübəsi;
Quyuların əsaslı təmiri (Workover) əməliyyatları üzrə təcrübə;
Yüksək təzyiqli nasos avadanlıqlarının iş prinsipləri və istismar qaydaları üzrə biliklər;
Quyu yuyulması, sirkulyasiya və maye vurulması əməliyyatları haqqında biliklər;
Texniki təhlükəsizlik və SƏTƏM qaydaları üzrə biliklər;
Komandada işləmək və növbəli iş rejiminə uyğunlaşmaq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.