Vəzifə öhdəlikləri
Qazma qurğuları, metal konstruksiyalar, çənlər, boru kəmərləri və digər avadanlıqlar üzərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək;
Quyuağzı avadanlıqlarının (Wellhead), manifoldların, boru xətlərinin və metal konstruksiyaların quraşdırılması və sökülməsi zamanı qaynaq işlərini icra etmək;
Qazma qurğularının quraşdırılması, sökülməsi və texniki təmiri işlərində iştirak etmək;
Qaynaq işlərini texniki tələblərə, layihə sənədlərinə və keyfiyyət standartlarına uyğun yerinə yetirmək;
Qaynaq avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək və nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq;
İş yerində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək;
İş başa çatdıqdan sonra iş sahəsini və istifadə olunan avadanlıqları səliqəyə salmaq;
Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Orta və ya peşə təhsili;
Müvafiq sahədə və qaynaqçı vəzifəsində minimum 1 il iş təcrübəsi;
Elektrik və qaz qaynaq işləri üzrə praktiki bilik və bacarıqlar;
Boru kəmərləri, metal konstruksiyalar və qazma avadanlıqlarının qaynağı üzrə iş təcrübəsi;
Texniki çertyojları və qaynaq işlərinə dair sənədləri oxumaq bacarığı üstünlükdür;
SƏTƏM, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.