
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Risk və daxili nəzarət departamenti
Birbaşa rəhbər: Risk və daxili nəzarət üzrə menecer
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Cəmiyyətdə effektiv nəzarət mühitinin fomalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq;
Cəmiyyət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq;
Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, risk və daxili nəzarət üzrə dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək;
Cəmiyyətin strateji məqsədlərinə nail olmaq üçün əməliyyat, hesabatlılıq və qanunvericilik istiqamətində preventiv və detektiv nəzarət mexanizmlərininin hazırlanmasında iştirak etmək;
Cəmiyyətdə əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərinin mövcud olması istiqamətində işləri icra etmək; Cəmiyyətin maddi və qeyri-maddi aktivlərin təyinatı üzrə istifadə olunması ilə bağlı nəzarət mexanizmlərini qurmaq;
Zərurət yarandığı hallarda Cəmiyyətin baş ofisi və digər strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək;
Cəmiyyətdə proses sahibləri tərəfindən tətbiq olunan nəzarət mexanizmlərinin effektiv və düzgün tətbiq edilməsini test edilməsi məqsədilə üst rəhbərin təlimatlarına əməl etmək;
Qanunvericilik, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı məqsədilə monitorinqlərdə, araşdırmalarda və maarifləndirmə tədbirlərində iştirak etmək.
Kənar, daxili audit və digər xidməti yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə etmək;
Qaynar xətt və digər məlumatlandırma kanalları vasitəsilə daxil olan şikayət, məlumat və sui-istifadə ehtimalları üzrə ilkin qiymətləndirmə aparmaq, aidiyyəti üzrə yönləndirmək, araşdırma prosesində iştirak etmək, nəticələrin sənədləşdirilməsini və görülən tədbirlərin monitorinqini təmin etmək.
Cəmiyyət əməkdaşları tərəfindən yol verilmiş neqativ hallar və mənimsəmə ilə əlaqədar hüquqpozma halları, habelə daxili nəzarət yoxlamalarının və monitrinqlərinin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmaların aparılmasında iştirak etmək;
Üst rəhbərə araşdırma ilə bağlı lazım olan digər hesabatları hazırlamaq və təqdim etmək.
Vəzifə tələbləri:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə)
Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2–3 il təcrübə
ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi
Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi
Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması
Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı
Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Risk və Daxili nəzarət üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.