
Şirkətimiz “Data Analitik” / “Maliyyə Analitik” axtarır!
Biz nə təklif edirik?
Yeni bilik və bacarıqlar əldə etmək imkanı
İşin praktiki şəkildə öyrədilməsi
Peşəkar təcrübə qazanmaq imkanı
Dövlət proqramı çərçivəsində işə başlamaq fürsəti və ən əsası bitirmə sertifikatı
Vəzifə Öhdəlikləri:
Günlük və aylıq idarəetmə hesabatlarının hazırlanması
Debitorlar üzrə hesabatların hazırlanması və icra edilməsinə nəzarət
Müştəri, məhsul və satış kanalı bazlı analizlərin hazırlanması
Proqnozlar və modellər yaradan güclü maliyyə bazasının təşkili və idarəetməsi
Rəhbərliyin tələbi ilə qərarvermə prosesində faydalı ola biləcək əlavə hesabatların hazırlanması
Namizədə dair əsas tələblər:
Bu sahə üzrə Son 1 il üzrə rəsmi iş yerinin olması
Əyani təhsil alan tələbə olmamalı
Adınıza aktiv VÖEN qeydiyyatı olmamalı
DMA-da işsiz kimi qeydiyyatda olmalı
Yaş aralığı: 18–35
Maliyyə, iqtisadiyyat vəya muhasibatlıq üzrə ali təhsil
Excel bilikləri
Analitik düşünmə, məntiqi sualvermə bacarığı və detallara diqqət
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.