
SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır.
İş yeri: Regionlar üzrə.
Əsas vəzifə öhdəlikləri
Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət etmək və işçiləri təlimatlandırmaq;
İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə etmək;
Layihənin müəyyən edilmiş standart və prosedurlara uyğun idarə olunmasını təmin etmək;
Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına uyğunluğuna nəzarət etmək;
Məhsulların müəyyən edilmiş standartlara uyğun və düzgün formada təqdim edilməsini təmin etmək;
İşçi heyəti arasında daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
İnventar, ərzaq məhsulları və digər layihə ehtiyaclarının monitorinqini aparmaq;
Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək;
Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması üçün yeni təkliflər vermək;
Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək;
Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək;
Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək;
Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək;
Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Kişi namizəd
Ali təhsil;
Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
Komanda idarəetməsi və komandada işləmək bacarığı;
Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti;
Analitik düşüncə və operativ qərarvermə bacarığı;
Məsuliyyətli, dəqiq və punktual olmaq;
Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word, Excel, Outlook;
Ofis avadanlıqları ilə işləmək bacarığı;
Müştəriyönümlü və işgüzar olmaq;
Dinamik və intensiv iş mühitində işləmək bacarığı.
Xüsusi tələb:
Namizəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır.
Layihənin yerləşdiyi əraziyə uyğun olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna bilər.
İş şəraiti:
İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələr;
Korporativ mobil nömrə və danışıq balansı ilə təminat;
Yemək təminatı;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
Peşəkar və dinamik iş mühiti.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər. E-mail mövzu hissəsində “Menecer” qeyd olunmalıdır.Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.