
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə material uçotunu dəqiq və məsuliyyətli şəkildə idarə edə biləcək Anbardar axtarılır.
Əsas vəzifələr:
Anbara daxil olan materialların qəbulu və sayılması;
Materialların sənədlərlə uyğunluğunun yoxlanılması;
Giriş və çıxış əməliyyatlarının gündəlik qeydiyyatı;
Sahələrə və briqadalara verilən materialların sənədləşdirilməsi;
Material qalıqlarının daim aktual saxlanılması;
Minimum ehtiyat səviyyəsinin izlənməsi;
Qaimə və təhvil-təslim sənədlərinin düzgün aparılması;
Dövri inventarizasiyaların keçirilməsi;
Faktiki qalıqla uçotdakı qalığın uyğunluğunun yoxlanılması;
Material itkisi və çatışmazlıqların vaxtında rəhbərliyə bildirilməsi;
Satınalma, mühasibatlıq və sahə rəhbərləri ilə koordinasiyalı işləmək;
Anbarın səliqə və təhlükəsiz saxlanılmasına nəzarət.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Anbar və ya material uçotu sahəsində iş təcrübəsi;
Tikinti materiallarını tanımaq üstünlükdür;
Excel proqramında işləmək bacarığı;
Uçot və sənədləşmədə dəqiqlik;
Məsuliyyətli və intizamlı olmaq;
Tikinti şirkətində anbardar təcrübəsi üstünlükdür.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 1500 AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.