
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik əməliyyatları sistemli idarə edə bilən, məsuliyyətli və nəticəyönümlü Direktor müavini axtarılır.
Əsas vəzifələr:
Şirkətin gündəlik ofis və əməliyyat işlərinin koordinasiyası;
Direktor tərəfindən verilən tapşırıqların icrasının sonadək izlənməsi;
Aktiv tikinti layihələri və sahə rəhbərləri ilə gündəlik koordinasiya;
Sahələrdən gündəlik və həftəlik hesabatların toplanması;
Sifarişçi və təchizatçılarla cari məsələlərin izlənməsi;
Satınalma, ödəniş və sənəd dövriyyəsinin nəzarətdə saxlanılması;
Gecikən və problemli məsələlərin vaxtında rəhbərliyə təqdim olunması;
Problemlərlə bağlı mümkün həll variantlarının hazırlanması;
Həftəlik rəhbərlik hesabatının hazırlanması;
Ofis, sahə, mühasibatlıq və təchizat arasında koordinasiyanın təmin edilməsi.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil
İdarəetmə və təşkilatçılıq bacarığı;
Tapşırıqları sonadək izləmək vərdişi;
Güclü ünsiyyət və koordinasiya bacarığı;
Excel və Microsoft Office proqramlarında işləmək bacarığı;
Sənədləşmə və işgüzar yazışma bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
Rus dili biliyi üstünlükdür.
Sınaq müddətində əməkhaqqı 1,800 AZN təşkil edəcək, sınaq müddəti bitdikdən sonra isə nəticələrə əsasən 2,000–2,200 AZN arası dəyişəcəkdir.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 2,000–2,200 AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.