
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır.
Əsas vəzifələr:
Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması;
İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət;
Ustaların və fəhlələrin iş bölgüsünün aparılması;
İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət;
Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi;
Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi;
Görülən işlərin keyfiyyətinin yoxlanılması;
İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi;
Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Tikinti sahəsində iş təcrübəsi;
Tikinti və təmir işlərinin texnologiyasını bilmək;
İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
Layihə və texniki çertyojları oxumaq bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı;
Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür;
MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür.
Əməkhaqqı: 1,800 AZN.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.