
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik maliyyə və mühasibat əməliyyatlarını tam və sistemli şəkildə idarə edə biləcək Mühasib axtarılır.
Əsas vəzifələr:
Gündəlik kassa əməliyyatlarının aparılması;
Bank və ödəniş əməliyyatlarının işlənməsi;
Mədaxil və məxaric sənədlərinin uçotu;
1C və Excel proqramlarında gündəlik əməliyyatların işlənməsi;
Debitor və kreditor borclarının aktual saxlanılması;
Təchizatçı və podratçılarla hesablaşmaların izlənməsi;
Əməkhaqqı və daxili hesablaşmalar üzrə məlumatların hazırlanması;
İlkin mühasibat sənədlərinin toplanması və yoxlanılması;
Layihələr üzrə xərclərin ayrıca uçotunun aparılması;
Rəhbərliyə gündəlik pul qalığı və ödəniş hesabatlarının təqdim olunması;
Consulting mühasibatlıq şirkəti ilə məlumat mübadiləsinin vaxtında həyata keçirilməsi.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Mühasibatlıq və ya maliyyə sahəsində praktiki iş təcrübəsi;
Kassa və bank əməliyyatları üzrə təcrübə;
1C proqramını yaxşı bilmək;
Excel proqramında sərbəst işləmək;
Debitor/kreditor və ilkin sənədlərlə işləmə bacarığı;
Dəqiqlik, məsuliyyət və yüksək iş intizamı;
Tikinti şirkətində iş təcrübəsi üstünlükdür.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 1000 - AZN
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.