
İş barədə məlumat:
Ofisə gələn qonaqların qarşılanması və qaydalara uyğun xidmət göstərilməsi. Ehtiyac olduqda çay, kofe, su təqdim olunması.
Telefon zənglərinin və mesajların cavablandırılması, xidməti məlumatların qeydə alınaraq rəhbərliyə və müvafiq əməkdaşlara vaxtında ötürülməsi.
Şirkətdaxili sənəd dövriyyəsinin təmin edilməsi (daxil olan və gedən yazışmaların qeydiyyatı, hesabatların aparılması, sənədlərin qorunması və arxivləşdirilməsi).
İşgüzar yazışmaların həyata keçirilməsi.
Rəhbərliyin tapşırığına əsasən məktub, sorğu və şirkətin fəaliyyətinə dair digər sənəd layihələrinin hazırlanması.
Verilmiş tapşırıqların operativ və dəqiq şəkildə icra edilməsi.
İşgüzar görüşlərin təşkil olunması və onlarda iştirak edilməsi.
Namizədə tələblər:
Təhsil: Ali və ya orta
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər
Yaş həddi: 20 – 35 yaş
Cins: Kişi və qadın namizədlər
Şəxsi keyfiyyətlər: Səliqəli, punktual, xoş görünüşlü, məsuliyyətli və stresə davamlı
Kommunikasiya: Səlist ünsiyyətqurma və komandada işləmək bacarığı.
Texniki və peşəkar bacarıqlar: MS Office proqramlarından (Word, Excel) və internet resurslarından sərbəst istifadə etmək, işgüzar yazışmalar aparmaq, görüş hesabatları və sifarişçi yazışmaları hazırlamaq bacarığı.
İş şərtləri:
Əmək haqqı: 450 AZN (+ bonuslar)
İş qrafiki: Həftənin 6 günü, 09:00 – 18:00
İstirahət günü: Həftədə 1 gün
Əlavə imtiyazlar: Nahar şirkət tərəfindən verilir
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
Ünvan: Xırdalan şəhəri
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.