Vakansiyanın tələbləri:
Təhsil: Ali;
İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
Müştəri xidmətləri, satış və ya borcların təqibi sahəsində təcrübə üstünlükdür
Azərbaycan dili: səlis (yazı və danışıq), Rus və İngilis dili arzuolunandır;
MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
Güclü ünsiyyət və inandırma bacarığı;
Səlis nitq və müştərilərlə düzgün kommunikasiya qurmaq bacarığı;
Məsuliyyətlilik, səbir və nəticəyönümlülük
Analitik təhlil etmə qabiliyyəti;
Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Ödəniş gecikməsi olan müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq;
Müştərilərə gecikmiş ödənişlər barədə məlumat vermək və ödəniş etmələri üçün xatırlatmalar etmək;
Ödəniş gecikmələrinin səbəblərini öyrənmək və müştəriləri ödənişə təşviq etmək;
Müştərilərin ödəniş vədlərini qeyd etmək və icrasına nəzarət etmək;
Görülən işlər və əldə olunan nəticələr barədə hesabatlar hazırlamaq;
Müştərilərlə ünsiyyətdə şirkətin etik davranış qaydalarına riayət etmək
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi [email protected] email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.