Vəzifə öhdəlikləri:
Vendorlarla gündəlik satınalma prosesləri üzrə işgüzar kommunikasiyanın aparılması;
RFQ (Request for Quotation) sorğularının göndərilməsi və qiymət təkliflərinin toplanması;
Tenderlər üzrə qiymət müqayisə cədvəllərinin (Comparison Sheets) hazırlanması;
Materialların qiymətlərinin və bazar şərtlərinə uyğunluğunun təhlil edilməsi, zəruri hallarda BD Analytics-in bazar analitikası və müqayisəli qiymətləndirmə məlumatlarından istifadə olunması;
Tender nəticələrinin qiymətləndirilməsi və müvafiq hesabatların hazırlanması üzrə Satınalma Menecerinə və şöbə rəhbərinə dəstək göstərilməsi;
Tikinti Departamentindən daxil olan operativ satınalma tələblərinin vaxtında icra edilməsi;
Materialların texniki uyğunluğunun və təsdiq statusunun dəqiqləşdirilməsi məqsədilə Texniki Ofisin Material Submittals komandası ilə koordinasiyanın təmin edilməsi;
Anbar məlumatları əsasında material qalıqlarının yoxlanılması və mövcud ehtiyatlar nəzərə alınmaqla sifarişlərin planlaşdırılması;
Materialların texniki təsdiq statusunun yoxlanılması və yalnız təsdiqlənmiş materiallar üzrə sifarişlərin yerləşdirilməsi;
Satınalma sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi, sənədlərin izlənəbilənliyinin və audit tələblərinə uyğunluğunun təmin edilməsi.
Tələblər:
Ali təhsil (texniki və ya iqtisadi istiqamət üzrə təhsil üstünlükdür).
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
Azərbaycan və Rus dillərini səlis bilməli;
MS Excel üzrə güclü biliklər; RFQ və müqayisə cədvəllərinin hazırlanması üzrə təcrübə.
ERP sistemləri ilə iş təcrübəsi.
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı: 2000-2500 AZN (net)
İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.