
Vəzifə öhdəlikləri
Avtomobil yollarında kiçik süni qurğuların (suötürücü boruların) layihələndirilməsi;
Avtomobil yollarında kiçik körpülərin (L ≤ 25,0 m) layihələndirilməsi;
Dəmir-beton konstruksiya elementlərinin həcmlərinin hesablanması;
Dəmir-beton konstruksiyaların armaturlanma cizgilərinin işlənilməsi;
Layihə üzrə süni qurğuların yekun siyahısının və iş həcmləri cədvəllərinin hazırlanması;
Layihəyə aid izahat yazısının hazırlanması;
Layihəyə aid işçi layihə komplektinin hazırlanması.
Tələblər
İnşaat mühəndisliyi üzrə ali təhsil (əsasən Yol İnşaatı, Körpülər və Tunellər ixtisası üzrə);
Avtomobil yollarının və süni qurğuların layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
Dəmir-beton konstruksiyaların layihələndirilməsi və armaturlanması üzrə biliklər;
Süni qurğuların suötürücülük və hidravlik hesablamalarını aparmaq bacarığı;
Hazırda qüvvədə olan layihələndirmə norma və qaydalarını bilmək;
Microsoft Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı;
AutoCAD, Revit və digər kompüter qrafik proqramlarında işləmək bacarığı.
Müraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Süni Qurğular üzrə Layihəçi Mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.