
Fintech Lab MMC operativ və məsuliyyətli namizədləri komandaya dəvət edir. Hazırda Moto kuryer vakansiyası üzrə işçi axtarılır.
Şəxsi motosikletinin olması üstünlükdür (yoxdursa şirkət tərəfindən təmin olunur) və A kateqoriyalı sürücülük vəsiqəsinin olması mütləqdir
Vəzifə öhdəlikləri:
Sənəd və bağlamaların ünvanlara vaxtında və təhlükəsiz çatdırılması
Müştərilərdən sənədlərin təhvil alınması və ofisə çatdırılması
Çatdırılma sənədlərinin düzgün rəsmiləşdirilməsi
Gündəlik marşrut üzrə sifarişlərin operativ icrası
Motosikletin texniki vəziyyətinə və təhlükəsiz idarə olunmasına diqqət yetirilməsi.
Tələblər:
Yaş həddi: 18-55
Bakı şəhərini yaxşı tanımaq
Məktubların və digər sənədlərin çatdırılması üzrə iş təcrübəsinin olması mütləqdir
Məsuliyyətli, çevik və intizamlı olmaq
Səliqəli görünüş və ünsiyyət bacarığı
İş şəraiti:
5 günlük iş qrafiki
İş yeri: Bakı şəh.
Əmək haqqı: 1000-1500 manat
Stabil və inkişaf edən şirkətdə karyera imkanı
Tam ştat
Müraciət üçün
CV-lərinizi “Moto Kuryer” başlığı altında [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır