
İş yeri: Tikinti obyektləri (regionlar və Bakı)
Vəzifə öhdəlikləri
Aşağı gərginlikli elektrik işlərinin yerinə yetirilməsi (lampaların, spot işıqların, rozetkaların və digər elektrik elementlərinin dəyişdirilməsi və quraşdırılması);
Elektrik qurğularının, avadanlıqlarının və mexanizmlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi;
Elektrik avadanlıqlarında aşkar edilən xırda nasazlıqların operativ şəkildə aradan qaldırılması;
Elektrik avadanlıqlarının normal və təhlükəsiz istismarının təmin edilməsi;
Santexnika avadanlıqlarının və aksesuarlarının montajının həyata keçirilməsi;
Müxtəlif növ boruların (PPR, PPRC, HDPE, PVC, UPVC, dəmir və digər boruların) quraşdırılması və birləşdirilməsi;
Boru xətlərinin bərkidilməsi üçün istifadə olunan dayaqların, tijlərin, konsolların, xomutların və digər aksesuarların quraşdırılması;
İsitmə sistemlərinin boru xətlərinin montajının həyata keçirilməsi;
İsitmə və soyutma sistemlərinə aid avadanlıqların quraşdırılması və texniki vəziyyətinə nəzarət edilməsi;
Görülən işlərin texniki tələblərə, təhlükəsizlik qaydalarına və mühəndislərin göstərişlərinə uyğun yerinə yetirilməsi;
Rəhbərlik və mühəndislər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər
Müvafiq sahə üzrə texniki bilik və praktiki iş bacarığı;
Elektrik, santexnika və mexaniki montaj işləri üzrə təcrübəyə malik olmaq;
Elektrik və santexnika avadanlıqlarının quraşdırılması və texniki xidməti sahəsində biliklərə sahib olmaq;
Texniki çertyojları və mühəndis göstərişlərini anlamaq bacarığı;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
Komandada işləmək bacarığı;
Məsuliyyətli, intizamlı və işinə diqqətli olmaq;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şəraiti
Tikinti obyektlərində iş;
İş qrafiki və əməkhaqqı müsahibə zamanı müzakirə olunur.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.