Namizədə tələblər
İqtisadiyyat, maliyyə, bank işi və ya müvafiq sahə üzrə ali təhsil
Müvafiq sahədə 2 il iş təcrübəsi
Microsoft Office proqramlarında işləmək bacarığı
Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı
Operativlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
Şəffaflıq və məxfilik qaydalarına riayət etmək.
Əsas vəzifə öhdəlikləri
Şirkətin lizinq məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi, satış prosesinin təşkili və satış hədəflərinin yerinə yetirilməsi
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, müraciət və şikayətlərin operativ cavablandırılması, satış sonrası dəstəyin göstərilməsi
Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, təkrar satış imkanlarının araşdırılması və CRM sistemində müvafiq qeydlərin aparılması
Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, müştəri sənədlərinin daxili prosedurlara uyğun tərtib və göndərilməsinin təmin edilməsi
Təhkim olunmuş lizinq portfelinin monitorinqi, gecikmələrin izlənilməsi və riskli halların rəhbərliyə bildirilməsi
Satış nəticələri, müştəri portfeli və monitorinq üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
Bazar araşdırmalarının aparılması, yeni satış imkanlarının müəyyən edilməsi və marketinq tədbirlərində iştirak
Texnikaların təhvil-təslim və buraxılış proseslərinin təşkili, Müştəri sənədləri hazırlanması və sənədlərin sistemə yüklənməsi
Daxili prosedurlara riayət edilməsi, filialın gündəlik əməliyyatları üzrə tapşırıqların icrası və zərurət olduqda yeni əməkdaşlara dəstək göstərilməsi.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü.
İş yeri: Çinar Park Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində Lizinq mütəxəssisi qeyd edərək elektron poçt ünvanına göndərmələri [email protected] xahiş olunur.