
Azərbaycan Supermarket MMC "Əmək Münasibətləri üzrə Menecer" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Əmək münasibətləri və intizam siyasəti və prosedurlarını hazırlamaq, tətbiq etmək və davamlı olaraq təkmilləşdirmək.
Şirkət siyasətlərinə və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edərək, intizam işlərinin idarə edilməsi və kommunikasiyasına nəzarət etmək.
Menecerlərə və işçilərə intizam və əmək münasibətləri məsələləri üzrə rəhbərlik və dəstək vermək
İşçilərlə müntəzəm ünsiyyət kanalları qurmaq, onların rəy və narahatlıqlarını fəal şəkildə dinləmək və müvafiq tədbirlər görmək.
İntizam prosedurlarının və daxili qaydaların tətbiq olunan əmək qanunvericiliyinə və şirkət siyasətlərinə uyğun olmasını təmin etmək.
Qanunvericilikdəki dəyişiklikləri izləmək və müvafiq siyasət və prosedurların buna uyğun yenilənməsini təmin etmək.
Əmək münasibətləri prosesləri boyu müvafiq sənədləşməni və məxfiliyi qorumaq.
Trendləri və potensial riskləri müəyyən etmək, rəhbərliyə qabaqlayıcı tədbirlər tövsiyə etmə
Əmək münasibətləri və intizam məsələlərinə cavabdeh olan komandaya rəhbərlik etmək və onları inkişaf etdirmək.
Prioritetləri müəyyən etmək, iş performansına nəzarət etmək və komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək.
Əmək münasibətləri və intizam məsələləri üzrə rəhbərliyə mütəmadi hesabatlar, təhlillər və tövsiyələr hazırlayıb təqdim etmək.
Namizədə Olan Tələblər:
İnsan Resursları, Biznesin İdarə Edilməsi, Hüquq, Psixologiya və ya əlaqədar sahədə bakalavr dərəcəsi.
Əmək münasibətləri, HR, əmək hüququ və ya oxşar sahədə 5+ il iş təcrübəs
Mürəkkəb əmək münasibətləri işlərinin aparılması, araşdırmalar, şikayətlər və iş yeri münaqişələrinin həlli üzrə sübut edilmiş təcrübə.
Azərbaycan və ingilis dillərində səlis danışıq qabiliyyəti; rus dilini bilmək üstünlükdür.
Maraqlanan namizədlər [email protected] email ünvanına “Əmək Münasibətləri üzrə Menecer” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.