
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi - ASCO Gəmi aşpazı olmaq istəyənlər üçün vakansiya elan edir.
Aşpazlıq üzrə peşə təhsiliniz, gəmidə ən azı 1 il aşpaz kimi iş təcrübəniz və müvafiq sənədləriniz varsa, vakansiyamıza müraciət edə bilərsiniz.
Namizədə dair əsas tələblər:
Təhsil
Aşpazlıq üzrə peşə təhsili.
İş təcrübəsi
Gəmilərdə aşpaz vəzifəsində ən azı 1 il iş təcrübəsi.
Tələb olunan sənədlər
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən verilən, aşpaz kimi işləmək hüququnu təsdiq edən "İşçi diplomu";
Müvafiq olaraq quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar;
Dənizçinin qeyd kitabçası;
Dənizçinin şəxsiyyət sənədi.
Birbaşa https://asco.az/az/pages/6/65/vacancy/12608 linkə daxil olaraq müraciət edə bilərsiniz
Son müraciət tarixi: 2026-11-14