Vəzifə öhdəlikləri:
Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək;
Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;
İstehsal prosesinin uçotunu təmin etmək;
Satış prosesinin uçotunu təmin etmək;
Debitor və kreditorların, gəlir və xərclərin dəqiq uçotunu təmin etmək;
Pul vəsaitlərinin hərəkətinin dəqiq uçotunu təmin etmək;
Əmək haqqı hesablamasını və uçotunu təmin etmək;
Əsas vəsaitlərin və onların amortizasiyasının uçotunu aparmaq;
İşçilərlərlə hesablaşmaların, təchizatçı və müştərilərlə hesablaşmaların dəqiq və vaxtında həyata keçirilməsini təmin etmək. Hesablaşmaların qarşılıqlı üzləşdirilməsini təşkil etmək;
ERP-də mal-pul axınlarının düzgün getməsini nəzarətdə saxlamaq;
Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq;
Tələblər:
İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
Vergi və digər dövlət portallarında sərbəst işləmək bacarığı;
Ofis proqramlarında (Word, excel) işləmək bacarığı və LOGO bilikləri;
PMS sertifikatının olması üstünlükdür;
Əmək şəraiti:
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 6 günlük (şənbə günü növbəli formada)
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş Mühasib" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.