
Komandamıza məsuliyyətli və tədrisə marağı olan İngilis dili müəllimləri axtarırıq.
Vəzifə öhdəlikləri:
Tələbələrə fərdi və qrup şəklində, canlı və onlayn qaydada ingilis dilinin tədrisi
Dərs materiallarının hazırlanması və yenilənməsi
Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək
Tələbələrin dərs prosesində aktiv iştirakının və motivasiyasının təmin edilməsi
Namizədlərə əsas tələblər:
Müvafiq sahə üzrə ali təhsil
Tədrisetmə bacarığı və müxtəlif yaş qrupundan olan tələbələrlə effektiv işləmək qabiliyyəti
Dərs planlarının hazırlanması və tədris prosesinin effektiv idarə olunması
Komanda ilə işləmək bacarığı
Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür
IELTS olması üstünlükdür
İş şəraiti
İş qrafiki: Full time
Peşəkar və inkişaf yönümlü iş mühiti
Əmək haqqı: 700 Azn/namizədin iş təcrübəsi və tələbə sayına əsasən razılaşma əsasında
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.