Tələblər:
Ali təhsil (avtomatika ixtisası üzrə);
Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi
Avtomatika və idarəetmə sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
Müvafiq normativ və standartlar barədə bilik;
MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri:
Tikinti obyektlərində avtomatika və idarəetmə sistemlərinin layihə üzrə quraşdırılmasına və işə salınmasına nəzarət edilməsi;
Layihə sənədlərinin (sxem, spesifikasiya, iş layihələri) avtomatika hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
Avtomatika, siqnalizasiya, nəzarət-ölçü cihazları və idarəetmə panellərinin quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
Podratçı və təchizatçılar tərəfindən görülən avtomatika işlərinə texniki nəzarətin aparılması;
Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
Əmək haqqı: 1800 AZN +
İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.