İşəgötürən: "Baku Hotel Company" QSC
Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi
İş haqda məlumat:
İş rejimi: Gecə növbəsi, həftədə 5 iş günü;
İstirahət günləri: Həftədə 2 gün, dəyişkən qrafik əsasında;
İş saatları: 22:00–07:00
Əmək haqqı: 600 AZN (net) + gecə növbəsinə görə əlavə ödəniş.
Qidalanma: Şirkət tərəfindən təmin edilir;
Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təminat;
Vəzifə tələbləri:
Cins: Kişi namizədlərə üstünlük verilir;
Yaş: 20–40 yaş;
Dil bilikləri: Azərbaycan dili;
İş təcrübəsi: Müvafiq sahədə minimum 6 ay iş təcrübəsi arzuolunandır;
Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə qaydalarını bilmək;
Təmizlik məhsullarını tanımaq və onların təyinatına uyğun tətbiqini bilmək;
Sanitariya-gigiyena və təhlükəsizlik qaydaları haqqında ilkin biliklərə malik olmaq;
Məsuliyyətli, intizamlı, səliqəli və komandada işləmək bacarığına malik olmaq;
Gecə növbəsində işləməyə hazır olmaq.
Vəzifə öhdəlikləri:
"Gecə növbəsi ərzində klubun ümumi istifadə sahələrinin təmizliyini və səliqəsini təmin etmək;
Klubun zal, dəhliz, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və digər ümumi istifadə sahələrində gündəlik təmizlik işlərini həyata keçirmək;
Təmizlik avadanlıqlarından və kimyəvi təmizləyici vasitələrdən təyinatına və istifadə qaydalarına uyğun istifadə etmək;
Tullantıların toplanmasını, çeşidlənməsini və müəyyən edilmiş qaydada kənarlaşdırılmasını təmin etmək;
Təmizlik işləri zamanı sanitariya-gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək;
Təmizlik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Klubun bütün müvafiq sahələrini növbəti iş gününə təmiz, səliqəli və istifadəyə hazır vəziyyətə gətirmək;
Birbaşa rəhbərin təmizlik və sanitariya ilə bağlı digər tapşırıqlarını yerinə yetirmək.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "İdman şöbəsi/Əməliyyat bölməsi" qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.