
“Baku Aqro Az” MMC komandasına 1C Operatoru vəzifəsinə işçi axtarır. İstixana və kənd təsərrüfatı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
İlkin mühasibat sənədlərinin 1C proqramına daxil edilməsi və işlənməsi;
Məhsul, toxum, gübrə, dərman preparatları və digər materialların mədaxil-məxaric əməliyyatlarının qeydiyyatı;
Anbar qalıqlarının və material hərəkətinin izlənilməsi;
Məhsul istehsalı, yığımı və satışına dair məlumatların sistemə daxil edilməsi;
Material sərfiyyatı və məhsul qalıqları üzrə hesabatların hazırlanması;
Elektron qaimə-fakturalar və digər müvafiq sənədlərlə işləmək;
Mühasibatlıq və anbar əməkdaşları ilə koordinasiyalı fəaliyyət göstərmək;
Məlumatların düzgünlüyünə və sənədlərin vaxtında sistemə daxil edilməsinə nəzarət etmək.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
İstixana və kənd təsərrüfatı sahəsində mütləq iş təcrübəsi;
1C proqramında sərbəst işləmək bacarığı;
Kənd təsərrüfatı məhsullarının, toxum, gübrə, dərman preparatları və digər materialların uçotu üzrə biliklər;
Anbar əməliyyatları, materialların mədaxil-məxarici, sərfiyyatı və qalıqların uçotu üzrə təcrübə;
Məhsul istehsalı, yığımı və satışına dair məlumatların 1C sistemində qeydiyyatı üzrə biliklər;
MS Excel proqramında işləmək bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və operativ işləmək bacarığı.
İş şəraiti:
İşəgötürən: “Baku Aqro Az” MMC
İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.
Müraciət etmək istəyənlər CV-ni “1C Operatoru” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.