
“Baku Aqro Az” MMC istixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəsi olan namizədləri Mühasib vəzifəsinə dəvət edir.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemləşdirilməsi;
Məhsul istehsalı, yığımı, satışı və material sərfiyyatı üzrə uçotun aparılması;
İstixana və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı xərclərin, gəlirlərin və məhsul qalıqlarının uçotuna nəzarət;
Anbar əməliyyatlarının, materialların mədaxil və məxaricinin uçotunun aparılması;
Əməkhaqqı hesablamalarının və bank əməliyyatlarının həyata keçirilməsi;
Vergi və digər maliyyə hesabatlarının hazırlanmasında iştirak;
Debitor və kreditor borclarının izlənilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər:
Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
İstixana və kənd təsərrüfatı sahəsində mühasibat uçotu üzrə bilik və təcrübəyə üstünlük verilir;
Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
Məhsul, material, anbar və istehsal xərclərinin uçotu üzrə biliklər;
Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə qabiliyyəti.
İş şəraiti:
İşəgötürən: “Baku Aqro Az” MMC
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Rəsmi əmək müqaviləsi və peşəkar iş mühiti.
Müraciət etmək istəyənlər CV-ni “Mühasib” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.