
Vəzifə öhdəlikləri:
İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi;
Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması;
İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması;
Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması;
Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi;
Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi;
Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədlərə tələblər aşağıdakı kimidir:
İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı;
Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti;
Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı.
İş mühiti
İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi.
Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur.
İş vaxtı- Bazar ertəsi-cümə 08:30-17:30
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən (Qaradağ rayonu ərazisində yaşayanlara üstünlük veriləcək) CV-lərini mövzu hissəsinə “İqtisadçı” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.