
Vəzifə öhdəlikləri:
Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;
Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;
Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsi;
Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;
Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO prinsipinin tətbiqi;
Anbar daxilində səliqə-sahmanın və nizam-intizamın təmin edilməsi;
Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması.
Namizədə tələblər:
Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
Qida məhsulları ilə iş üzrə anbar təcrübəsi mütləqdir;
Catering, restoran və ya qida istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;
Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;
Dəqiqlik, məsuliyyətlilik və operativlik.
İş şəraiti:
İş yeri: Binəqədi rayonu
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00;
Əmək haqqı: 800–1000 AZN.
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.