
“MYSTIC HANDS” KOMANDASINA YENİ PEŞƏKARLAR DƏVƏT EDİR!
Mystic Hands Massage Therapy Center fəaliyyətini genişləndirir və artan iş həcmi ilə əlaqədar peşəkar komandamıza yeni əməkdaşlar cəlb edir.
Komandamıza məsuliyyətli, etik davranış qaydalarına riayət edən və masaj sənətinə peşəkar yanaşan qadın masaj therapistlər dəvət edirik.
NAMİZƏDLƏRƏ TƏLƏBLƏR:
Masaj sahəsində peşəkar təhsil və ya müvafiq sertifikatın olması;
İş təcrübəsi və praktiki bacarıqlara malik olmaq;
Müştərilərlə nəzakətli, etik və peşəkar ünsiyyət qurmaq;
Təmizliyə, şəxsi gigiyenaya və iş intizamına ciddi riayət etmək;
Məsuliyyətli, dürüst və kollektivlə işləməyi bacaran olmaq;
Davamlı və uzunmüddətli əməkdaşlığa maraqlı olmaq;
Müəyyən edilmiş iş qrafikinə uyğun işləmək imkanı.
BİZ TƏKLİF EDİRİK:
Rəsmi əmək müqaviləsi ilə işə qəbul;
Stabil və uzunmüddətli iş imkanı;
Peşəkar iş mühiti;
Yeni masaj texnikalarının öyrədilməsi və peşəkar inkişaf imkanı;
Mehriban və sistemli komanda ilə əməkdaşlıq.
Vakansiya ilə maraqlanan ciddi namizədlərdən qısa CV-lərini, əlaqə nömrələrini və sertifikat məlumatlarını şəxsi mesaj vasitəsilə 0503145052 nömrəsinə göndərmələri xahiş olunur.