
İş öhdəliklərinin təsviri
Dərs yükünə uyğun fənlərin tədrisi;
Fənn sillabuslarının hazırlanması;
Fakültənin tələbə və müəllim sərgilərinin təşkilində iştirak;
Fərdi və ya dövlət sifarişi əsasında müəllif layihələrinin (qrafika, interyer dizaynı, təsviri və tətbiqi sənət nümunələri) hazırlanması;
Təhsilalanların biliklərinin qiymətləndirilməsində iştirak;
Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində fəal iştirak.
Tələblər
Müvafiq sahə üzrə minimum magistr dərəcəsi (doktorantura təhsili və elmi dərəcənin olması üstünlük hesab edilir);
Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji və yaradıcı iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
Yüksək kommunikasiya bacarıqları;
Liderlik və idarəetmə bacarıqları.
Müraciət etmək üçün Tələb olunan sənədlər:
CV
Portfolio
Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
İştirak edilmiş sərgilərin siyahısı (əgər varsa);
Motivasiya məktubu (maksimum 500 söz).
Müraciət üçün lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Rəngkarlıq ixtisası üzrə müəllim” yazmaqla göndərməyiniz xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təklif etdiyimiz üstünlüklər
Rəqabətqabiliyyətli əməkhaqqı;
Xankəndi şəhərində mənzil təminatı.