.png)
Şirniyyat və qənnadı məmulatları istehsalı müəssisəsinə Satınalma və Təchizat üzrə Mütəxəssis tələb olunur!
Vəzifə öhdəlikləri:
İstehsalat üçün tələb olunan xammal, ərzaq məhsulları, qablaşdırma və digər materialların satın alınmasının təşkili;
Yeni təchizatçıların araşdırılması, tapılması və təchizatçı bazasının yaradılması;
Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinə uyğun optimal təchizatçıların seçilməsi;
Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
Məhsulların vaxtında və tələb olunan keyfiyyətdə təmin edilməsinə nəzarət;
Anbar ehtiyatlarının izlənilməsi, məhsul çatışmazlığının qarşısının alınması və sifarişlərin planlaşdırılması;
Satınalma sifarişlərinin, hesab-fakturaların və digər təchizat sənədlərinin izlənilməsi;
Satınalma xərclərinin təhlili və daha sərfəli təchizat imkanlarının araşdırılması;
İstehsalat və anbar bölmələri ilə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi.
Namizədə tələblər:
Satınalma, təchizat və ya müvafiq sahədə iş təcrübəsi;
Təchizatçılarla danışıqlar aparmaq və qiymət təkliflərini təhlil etmək bacarığı;
MS Excel və ofis proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, diqqətli, operativ və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
Ünsiyyət və koordinasiya bacarıqları.
Əməkhaqqı: 1 200 AZN
Müraciət və ətraflı məlumat üçün
Vatsap: 010 432 05 69