.png)
Şirniyyat və qənnadı məmulatları istehsalı üzrə İstehsalat Rəhbəri tələb olunur!
Vəzifə öhdəlikləri:
İstehsalat prosesinin gündəlik planlaşdırılması və idarə edilməsi;
İstehsal planının hazırlanması, icrasına nəzarət və iş bölgüsünün təşkili;
İstehsalat əməkdaşlarının işinə nəzarət və koordinasiyası;
Məhsulların keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət;
Xammal və materiallardan səmərəli istifadə olunmasına nəzarət;
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi;
İstehsalatda yaranan problemlərin operativ həlli və proseslərin təkmilləşdirilməsi;
Məhsul itkisi və istehsalat xərclərinin azaldılması istiqamətində tədbirlərin görülməsi;
İstehsalat nəticələri barədə rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Qənnadı və ya şirniyyat istehsalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi;
İstehsalat proseslərinin təşkili və idarə edilməsi bacarığı;
Komanda idarəetmə və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, operativ və qərarvermə qabiliyyətinə malik olmaq;
Keyfiyyət və qida təhlükəsizliyi standartları barədə məlumatlı olmaq.
Əməkhaqqı: 1 200 – 1 500 AZN
Müraciət və ətraflı məlumat üçün :
Vatsap 010 432 05 69