
Lvov Şokolad Evi anbardar axtarır
Vəzifə öhdəlikləri:
Anbara gələn ərzaq və şokolad məhsullarını qəbul etmək, miqdarını və çəkisini qaimə ilə yoxlamaq. Əskik və ya zədələnmiş məhsul olduqda rəhbərə məlumat vermək.
Məhsulları saxlama qaydasına uyğun yerləşdirmək, anbarda temperatur və rütubətə nəzarət etmək.
Sifarişə uyğun məhsulları hazırlayıb təhvil vermək. Eyni məhsulun bir neçə partiyası varsa, yararlılıq müddəti daha tez bitən partiyanı əvvəl vermək.
Anbara daxil olan və anbardan çıxan məhsulları proqramda vaxtında qeyd etmək.
Gündəlik sayım aparmaq, aylıq sayımda iştirak etmək və nəticələri proqramdakı qalıqlarla tutuşdurmaq.
Anbarı təmiz və səliqəli saxlamaq.
Namizədə tələblər:
Ən azı orta təhsil və anbardar kimi minimum 3 il iş təcrübəsi.
iiko və ya 1C proqramında anbar uçotunu aparmaq bacarığı.
Excel cədvəlləri ilə işləmək, qalıqları hesablamaq və sayım nəticələrini müqayisə etmək bacarığı.
Məhsulların qəbulunda, sayımında və təhvilində diqqətli və məsuliyyətli olmaq.
Restoran və ya qida anbarında iş təcrübəsi üstünlükdür. Rus dili biliyi arzuolunandır.
İş şəraiti:
Əmək müqaviləsi ilə rəsmi işə qəbul.
Əməkhaqqı müsahibə zamanı razılaşdırılır.
Nahar pulu verilir.
İş yeri: Bakı, Xətai metrosu yaxınlığında
İş qrafiki: 6 günlük iş həftəsi
Müraciət qaydası:
CV-nizi məktubun mövzu hissəsində “Anbardar” yazaraq [email protected] ünvanına göndərə bilərsiniz. Əlaqə nömrəsi: 055 444 47 95.