“CAN-PA” MMC-yə “Data analitik ” vakansiyasına işçi tələb olunur.
İş haqqında məlumat:
Şirkətin satış, xərc, gəlir və digər əməliyyat göstəricilərinin təhlili;
Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
Mövcud məlumatlar əsasında problemlərin və inkişaf imkanlarının müəyyən edilməsi;
Rəhbərlik üçün analitik hesabatların, cədvəllərin və təqdimatların hazırlanması;
Məlumatların düzgünlüyünün yoxlanılması və sistemləşdirilməsi.
Əsas KPI göstəricilərini müəyyən etmək və mütəmadi monitorinqini aparmaq.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Statistika, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə);
Data analitika sahəsində iş təcrübəsi;
MS Excel, Power BI,SQL proqramında yüksək səviyyədə işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
İş şəraiti
Əmək haqqı 1000-1200
İş qrafiki: 5 günlük : 08:00-17:00
Müsfiqabad-20 Yanvar-Xırdalan ərazisinə yaxın ərazidə yaşayanlar
Müraciət üçün: (051) 240 95 68 (vatsap)-na CV-lərinizi göndərə bilərsiniz.
Və ya CV-nizi mövzu yerinə “Data analitik ” yazaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur.