Love Lokum olaraq sosial media hesablarımızı idarə edəcək, aylıq kontent planı hazırlayacaq və paylaşımların nəticələrini təhlil edəcək yaradıcı və məsuliyyətli komanda yoldaşı axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Love Lokum-un məhsulları, menyusu, butik və kafe təcrübəsi, eləcə də kampaniyaları üçün aylıq smm planı hazırlamaq və icrasını həyata keçirtmək.
Reels, post və story üçün kontent ideyaları, qısa ssenarilər, çəkiliş brifləri və paylaşım mətnləri hazırlamaq.
Çəkilişləri komandamızın fotoqrafı və videoqrafı ilə koordinasiya etmək, materialların vaxtında hazırlanmasını və brendin vizual üslubuna uyğunluğunu izləmək.
Mesaj və şərhləri operativ, nəzakətli və brendin ünsiyyət üslubuna uyğun cavablandırmaq.
Hər ay əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici artımı üzrə hesabat, hansı paylaşımların daha yaxşı nəticə verdiyini təhlil etmək və növbəti ay üçün təkliflər vermək.
Rəhbərliklə koordinasiyalı işləmək və marketinq istiqamətində verilən tapşırıqları icra etmək.
Namizədə dair tələblər
Sosial media hesablarının idarə olunması və kontent planlaşdırılması üzrə praktiki təcrübə.
Instagram və TikTok-un kontent formatlarını, trendlərini və analitika göstəricilərini bilmək.
Azərbaycan dilində səlis və düzgün yazmaq, brendin üslubuna uyğun mətn hazırlamaq.
Yaradıcı düşünmək, ideyaları aydın təqdim etmək və komanda ilə işləmək bacarığı.
Məsuliyyətlilik, analitik düşüncə və işləri vaxtında tamamlamaq bacarığı.
Canva və CapCut bilikləri, eləcə də kafe, restoran və ya qida brendləri ilə iş təcrübəsi üstünlükdür.
Müraciət qaydası
CV-nizi və portfolionuzu və idarə etdiyiniz sosial media hesablarının linklərini [email protected] ünvanına göndərin. Məktubun mövzu hissəsində «Love Lokum — SMM mütəxəssisi» qeyd edin.