
Azərbaycanın Dövlət Məşğulluq Agentliyi Almaniyada işləmək istəyənlər üçün yeni fürsət yaradır.
Almaniyada işləmək və peşəkar karyeranızı beynəlxalq səviyyədə davam etdirmək üçün yeni fürsətlətlər təqdim edirik.
Hazırda 3 istiqamət üzrə namizədlər axtarılır:
1. Qaynaqçı / Çilingər
2. Aşpaz
3. Yük avtomobili sürücüsü (C/CE)
1. QAYNAQÇI/ÇİLİNGƏR
Təhsil: Peşə təhsili
Müvafiq sahə üzrə dövlət tərəfindən tanınan minimum 2 illik peşə təhsili diplomu.
İş təcrübəsi: Son 5 il ərzində minimum 2 il sənədlə təsdiqlənən təcrübə.
Bacarıq: Qaynaq texnologiyaları
MIG (131), MAG (135), WIG/TIG (141) və ya əl elektrodu (111)
Peşəkar sertifikat: 111, 131, 135 və ya 141 qaynaq üsullarından biri üzrə qüvvədə olan və ya yaxın zamanda müddəti bitmiş sertifikat.
Dil biliyi: Alman dili, Minimum A2 səviyyəsi; B1 arzuolunandır.
2. AŞPAZ
Təhsil: Peşə təhsili
Aşpazlıq üzrə dövlət tərəfindən tanınan minimum 2 illik peşə təhsili.
Dil biliyi: Alman dili, Minimum A2 səviyyəsi; B1 arzuolunandır.
Gigiyena: Qida təhlükəsizliyi
Qida gigiyenası, sanitariya və ərzaqların düzgün saxlanması qaydalarını bilmək.
Bacarıq: Yemək hazırlanması
Reseptlərə, texnoloji qaydalara və porsiya standartlarına uyğun isti və soyuq yeməklərin hazırlanması.
Şəxsi keyfiyyətlər: İşə yanaşma
Məsuliyyət, etibarlılıq, sistemlilik və gərgin iş rejimində işləmək bacarığı.
3. YÜK AVTOMOBİLİ SÜRÜCÜSÜ (C/CE)
Sürücülük vəsiqəsi: C/CE kateqoriyası
Mənşə ölkəsində verilmiş qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi.
Dil biliyi: Alman dili , Minimum A2 səviyyəsi; B1 arzuolunandır.
Peşə hazırlığı: 15 ayadək peşə hazırlığı
Alman sürücülük vəsiqəsinin və IHK ilkin kvalifikasiyasının əldə edilməsi üçün nəzəri və praktiki hazırlıq.
Tibbi göstəriş: Sağlamlıq tələbi
Ağır yük avtomobili idarə etmək üçün müəyyən edilmiş tibbi tələblərə uyğunluq.
Şəxsi keyfiyyətlər: Etibarlılıq və məsuliyyət
Məhkumluğun olmaması, punktuallıq, diqqətlilik və məsuliyyət.
Beynəlxalq əmək bazarında yeni imkanlar qazanmaq və peşə bacarıqlarınızı Almaniyada dəyərləndirmək fürsətini qaçırmayın!
Tələblərə uyğun namizədlər vakansiyalara müraciət etmək üçün aşağıdakı linkin üərinə vuraraq blankı doldura bilərlər: